Heydər Əliyev və Azərbaycan
Bu gün məktəbimizdə keçirilən “Bilik günü” tədbirindən sonra ikinci bir tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun məktəbimizlə birgə layihəsi həyata keçirildi. Şagirdlərimiz Bilik Fondunun nümayəndəsi Azərbaycan Milli Elmlər Akademiyasının professoru Rəna Mirzəzadənin “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsini dinlədilər. Bu məruzə şagirdlərimizin Heydər Əliyev dünyasından bəhrələnərək bir şəxsiyyət kimi formalaşmasında, onların milli-mənəvi ruhda tərbiyəsində mühüm rol oynayacaq.