Bilik Günü
Bu gün Yasamal rayon 53 №-li tam orta məktəbdə “Bilik günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllim kollektivi, I və XI sinif şagirdləri və onların valideynləri iştirak etdi. Tədbirin qonaqları Rayon İcra Hakimiyyətinin müavini T. Muradova, N. Nərimanov Xatirə muzeyinin əməkdaşı, elmi işçi R.Qəhrəmanova, Ə.Əzimzadənin ev muzeyinin direktoru İ.Əzimzadə idi.Tədbirdə şagirdlərin biri-birindən maraqlı çıxışları həvəslə izlənildi. Məktəbin direktoru F.Həsənova və qonaqlar şagirdlərimizi və müəllimlərimizi yeni dərs ili münasibətilə təbrik etdi. Tədbirin sonunda ilk zəng vuruldu və şagirdlər zəngin sədaları altında sinif otaqlarına daxil oldular.