Son zəng.
Bu gün 2015/2016-cı dərs ilinin başa çatması ilə əlaqədar məktəbimizdə son zəng çalındı. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəb rəhbərliyi,valideynlər müəllim və şagird kollektivi iştirak edirdi. Məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək məzunları təbrik etdi, vətənimizin bundan sonrakı inkişafında onların üzərinə böyük vəzifələr düşdüyünü bildirib, müstəqil həyatda xoşbəxtlik və uğurlar arzuladı. Təlimdə fəallığı ilə seçilən məzunlar fəxri fərmanlarla təltif olundular. Məzunlar xoş musiqilər altında öz müəllimləri ilə böyük sevinclə rəqs etdilər.