20 yaşın mübarək,ŞƏHİDİM!
10 sentyabr 2021- ci il tarixində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Tağıyeva Fərqanənin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin 20 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər,8"d"sinif şagirdləri və şəhidimizin anası Məleykə xanım iştirak etdi.
Şəhid Cəbrayıl Dövlətzadənin 20 illik yubileyinə həsr edilən tədbirdə şagirdlər onun qısa ömür yolundan bəhs edən məlumatlar, şeirlər, təqdimatlar nümayiş etdirdilər. Şəhidin anası Məleykə xanım Cəbrayıl Dövlətzadənin uşaqlıq illərindən,maraqlarından və Vətənə olan sonsuz sevgisindən danışdı.
Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova Cəbrayıl Dövlətzadənin cənnətdəki ilk doğum günü ilə bağlı öz təəssüratlarını bildirdi və şəhidimizin simasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunu hörmət və ehtiramla yad etdi.