"İdman və Ədalətli Oyunlar" mövzusunda rəsm müsabiqəsinin qalibi.
Azərbaycan Respublikasının Təhsil Nazirliyindən Bakı Şəhər Təhsil İdarəsinə ünvanlanmış Milli Olimpiya Komitəsinin 26.04.21-ci il tarixli 07NK N-li məktubuna əsasən Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komisiyası və "Olimpiya dünyası"qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən "İdman və Ədalətli Oyunlar "mövzusunda rəsm müsabiqəsinə iyunun 15 də yekun vurulub.Müsabiqədə məktəbin 5ğ sinif şagirdi Abadzadə Ülkər 9-16 yaş qrupları üzrə ||| yerə layiq görülmüşdür.Qaliblər pul mükafatı və diplomla təltif olundular.Müsabiqədə iştirak edən digər iştirakçılara isə sertifikatlar təqdim edildi.
Bütün qalib şagirdləri təbrik edir,onlara uğurlar diləyirik.