"Nizami dünyası" adlı intellektual yarış.
BŞTİ-in 12 mart 2021 ci il tarixli F-56 nömrəli əmrinə əsasən 8-ci sinif şagirdləri arasında dahi Azərbaycan
şairi ve mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən "Nizami dünyası"adlı intellektual müsabiqə keçirildi.Müsabiqə rus bölməsi üzrə 8F,8G siniflərindən təşkil olunmuş "Zəka" və "Uğur"komandaları arasında aparıldı.Aygün Bayramovanın təşkilatçılığı ilə təşkil olunan müsabiqədə təşkilatçı L.Rəcəbova və UBR N.Şıxverdiyeva iştirak etdi.Şagirdlərə 20 sual təqdim olundu və sualları cavablandırmaq üçün ayrılan vaxt ərzində şagirdlərin sərbəst işi təmin edildi.Hər iki komanda sualları cavablandırdıqdan dərhal sonra yoxlanış üçün təşkil olunmuş qrupa ünvanlandı.Cavablar yoxlanılan müddətdə Nizami Gəncəvinin həyat və yaradıcılığına aid video çarxlar nümayiş olundu.Daha sonra Aygün Bayramova nəticələri açıqladı hər iki komandaya uğurlar arzuladı.