Lütfi Zadənin 100 illik yubileyinə həsr edilən məktəblərarası riyaziyyat və məntiq olimpiadası.
01 iyun tarixində BŞTİ -nin 15 aprel 2021 ci il tarixli F-87 nömrəli əmrinə əsasən 53 və 158 nömrəli tam orta məktəbin 5 ci sinif şagirdləri arasında məntiq və riyaziyyat olimpiadası təşkil olundu. Olimpiadada şagirdlər " Zəka "və "İntellekt"olmaqla 2 qrupa bölündülər.Şagirdlərə 10 riyaziyyat 10məntiq sualları təqdim olundu.Şagirdlərin sərbəst işi təmin edildi.İştirakçılar sualları onlara ayrılan vaxt müddətində cavablandırdılar.Daha sonra
hər iki məktəbin şagirdləri tərəfindən professor Lütfi Zadənin nümunəvi həyat və elmi yaradıcılığına həsr olunmuş video rolikləri izlənildi.
Sonda 53 N: tam orta məktəbin direktotu Tünzalə Zeynalova və 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova dünya şöhrətli alim Lütfi Zadənin 100 illiyi ilə bağlı məntiq olimpiadasının və məktəblərarası əməkdaşlığın əhəmiyyətindən danışaraq şagirdləri 01 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə təbrik etdilər.