9-cu siniflərdə imtahan öncəsi stressin korreksiyası
19 may tarixində məktəblinin dostu və məktəb psixoloqunun təşkilatçılığı ilə 9-cu sinif şagirdlərinə imtahan öncəsi stres və onun aradan qaldırılması yolları haqda vebinar keçirildi.Vebinardan öncə şagirdlər öz vaxtlarını düzgün qaydada necə keçirə biləcəkləri ilə bağlı məsələlər öz əksini tapdı.Ən əsas imtahan müddətində həyəcan və təşviş halları yaşandıqda nə etməli və hansı effektiv texnikalardan istifadə edə biləcəkləri şagirdlərə tövsiyə olundu.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.Məktəbin 9-cu sinif şagirdlərinə qarşıdakı buraxılış imtahanlarında uğurlar diləyirik.