Seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin əməkdaşları tərəfindən 16 may 2021-ci il tarixində X-XI sinif şagirdləri arasında Microsoft Teams platforması üzərində seminar təşkil olundu.
Seminarda şagirdlərə ixtisas seçimində köməklik göstərilməsi, onların qabiliyyət və bacarıqlarına uyğun fəaliyyət sahəsinə yönədilməsi və eyni zamanda UFAZ haqqında daha ətraflı məlumatlar verildi.