Narkomaniyaya qarşı mübarizə.

06 may tarixində Microsoft Teams platforması üzərindən onlayn formada "Narkomaniyaya qarşı mübarizə"adlı onlayn tədbir keçirildi.

Tədbirdə Narkotika ilə mübarizə Dövlət Komissiyasının əməkdaşı Raqif Allahverdiyev,BŞTİ nin nümayəndəsi Xəyalə Rüstəmova ,direktor və müavinlər, müəllim və şagirdlər iştirak etdilər.

Çıxış edən natiqlər zərərli vərdişlər,onun yaratdığı fəsadlar ,ötən yüzilliyin ən böyük problemlərindən sayılan narkomaniya ,XXI əsrdə də qlobal problemler sırasında qalmaqda olan bu bəladan həm indiki, həm də gələcək nəsillərin qorunma qaydaları və sağlam yetişmələri üçün maarifləndirici fikirlər söylədilər.

Tədbirin gedişində mövzu ilə əlaqədar hazırlanmış təqdimatlar nümayiş olundu.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi