"Onlayn dərs"müsabiqəsinin qalibi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi pandemiya şəraitində onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək,fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirmək məqsədi ilə 9 fevral 2021-ci il tarixli F-28 nömrəli əmri ilə "Onlayn dərs" müsabiqəsi elan etmişdir.
Müsabiqənin yekun mərhələsində məktəbin rus bölməsinin tarix müəllimi Səbinə Əliyeva 8 g sinfində "Qarabağ,Şamaxı,Şəki xanlıqlarının Rusiya tərəfindən işğalı"
mövzusu ilə qalib seçilmişdir.
Gənc müəllimi kollektiv adından təbrik edir və təhsil uğurları diləyirik