Valideynlər üçün uşaqlara psixososial dəstəyin göstərilməsi yolları.
30 aprel tarixində məktəb psixoloqunun təşkilatçılığı ilə ibtidai siniflərin valideyn heyyətinə uşaqlara psixososial dəstək göstərməklə bağlı təlim keçirildi. Təlimdə valideynlərlə yanaşı məktəbin direktoru , tərbiyə işləri üzrə direktor müavini , UBR iştirak etdi. Təlimdə valideynlərə böhran dövrlərində övladlarına psixososial dəstəyin göstərilməsinə dair praktik tövsiyyələr təqdim edildi. Psixi sağlamlığın əhəmiyyəti , uşaqların böhran zamanlarında psixososial dəstəyə ehtiyacının səbəbləri , müxtəlif yaş dövrlərində olan uşaqlarla ünsiyyət , davranış və qidalanma məsələlərinə dair faydalı məlumatlar verildi. Video rolik təqdim olundu. Sonda valideynləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırıldı.