"Xəmsə möcüzəsi" Beynəlxalq rəsm müsabiqəsinin qalibi.

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub.

Müsabiqənin məqsədi Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarət olub.

"Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” nominasiyaları üzrə 3 yaş qrupunda (6-9, 10-13, 14-17) keçirilən beynəlxalq onlayn yaradıcılıq müsabiqəsinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Portuqaliyadan olan uşaqlar qatılıb. Müsabiqəyə ümumilikdə 1070 rəsm işi daxil olub.

Məktəbin VII F sinif şagirdi Aylin Şirəliyeva "Təsviri-tətbiqi sənət" nominasiyası üzrə III yerə layiq görülmüşdü.

Şagirdimizi təbrik edir,təhsil uğurları diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi