XOCALI-QAN YADDAŞIMIZ.

25 fevral tarixində məktəbin müəllimi və Xocalı sakini Sevinc Məmmədovanın təşkilatçılığı ilə yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımına həsr edilmiş "Xocalı-qan yaddaşımız"adlı onlayn tədbir keçirildi.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş öz ağlasığmaz qəddarlığı və qeyri – insani üsulları ilə bəşər tarixində analoqu çox az olan vandalizmin tarixindən və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qələbədən qürur hissi ilə danışaraq şagirdlərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyə etdi.

Şagirdlərin təqdimatında Xocalıda törədilmiş hadisə Xatın, Xerosima ilə müqayisə olundu, rus və ingilis dillərində “Dünya Xocalını tanı” adı altında çağırış etdilər. Bir – birini əvəz edən təqdimatlar tədbir iştirakçılarının marağına səbəb oldu.

Sonda ermənilərin ağlasığmaz vəhşiliklərinin şahidi, "Xocalını tanıdaq" İctimai Birliyinin sədri Ayna xanım Novruzova müdhiş hadisələrdən və erməni vəhşiliklərindən danışaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Tədbir məktəbin musiqi müəllimi Zəhra Nuriyevanın müşayiəti ilə 4b sinif şagirdlərinin ifasında "Yaşa,mənim xalqım"mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi