21 fevral Beynəlxalq Ana Dili Günüdür.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir.
21 fevral tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səidə Sideifzadənin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilən "Dilimiz milli-mənəvi sərvətimizdir” adlı ədəbi bədii tədbir keçirilmişdir.Tədbirdə şagirdlər ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdilər və şeirlər söylədilər.
Tədbirin gedişində Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin dilimizlə bağlı dəyərli fikirlərindən ibarət videoçarx nümayiş olundu.Eyni zamanda məktəbin musiqi müəllimi Nuriyeva Zəhranın müşayiət ilə şagirdlərimizin ifasında Ana dilimizin şirinliyini tərənnüm edən mahnı səsləndirildi.