Məktəblilər üçün "Muzey həftəsi" təşkil edilib
Artıq iki ildir ki, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə “Muzeylər və Multikulturalizm” proqramı çərçivəsində məktəblilər üçün “Muzey həftəsi” təşkil edir. 12-18 may 2016-cı il tarixlərində muzeylərə “Açıq qapı” günlərində məktəbimizin müəllim və şagird kollektivi Heydər Əliyev Mərkəzini, Milli Azərbaycan Tarix Muzeyini, Müasir İncəsənət muzeyini, H.Zərdabi adına Təbiət Tarixi Muzeyini, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu, Azərbaycan Xalça Muzeyini, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunu, Qobustan Dövlət Tarix-Bədii Qoruğunu, Miniatür Kitab Muzeyini ziyarət etdilər.