Şuşanın işğalının 24-cü il dönümü.
Bü gün məktəbimizdə Şuşanın mənfur düşmənlər tərəfindən işğal olunmasının 24-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun əməkdaşları Ramilə Qurbanlı və Xatirə Hüseynova tərəfindən tədbir keçirildi. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin müavini Vüsalə Fətəliyeva , Yasamal rayon Qarabağ Veteranları Şurasının sədri II qrup Qarabağ əlili Bəhram Şeydayev, valideynlər, məktəbimizin şagirdləri iştirak etdilər. Şuşa musiqili Dram teatrının aktyorlarının iştirakı ilə "Aprelin dörd günü" adlı ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiyada Qarabağın dilbər güşəsi olan Şuşanın işğalından bəhs olundu.