Nailiyyətlərimiz

Kitab müəllifləriBakı şəhəri 5 nömrəli tam orta məktəbdə çalışan müəllimlər özlərini dərslik, dərs vəsaiti, metodiki tövsiyə kitablarının müəllifləri, həmçinin kitab rəyçiləri kimi də sınayıblar. Onları sizə təqdim etmək istərdik: 1.Nərminə Gündüzlü –“Fəal təlimdə pedoqoji texnologiyaların və interaktiv metodların tətbiqi” metodik tövsiyə, “Vəfalı toppuş” hekayələr toplusu və dərs vəsaiti müəllifidir. 2.Məmmədova Güllər- Elmi jurnallarda “Fizika, Riyaziyyat və İnformatika tədrisi”, “Keyfiyyətli kadr hazırlığında müəllimin rolu” məqalələri ilə çıxış edib. 3.Xəzri-Mirzəyeva Fatma- “19-cu əsr Azərbaycan ədəbiyyatı tarixi”kitabının korekktoru, “İnşa yazılar”, “İbtidai siniflərdə vaxtın hesablanmasının öyrədilməsi” metodik vəsaitlərinin müəllifi və “Azərbaycan dili və Ədəbiyyatın tədrisində yeni metodların tətbiqi” kitabının müəllifidir. 4.Abdullayeva Gülnarə- “6cı sinif dərsliyinin (2009-cu il)” ,”Müasir interaktiv təlim metod və üsullarının tətbiq” metodiki tövsiyə kitablarının və “Ümumtəhsil məktəblərinin 5 -9 cu sinif üçün ingilis ,fransız və alman dillərindən” proqram müəllifidir. 5.Əliyeva Məlahət- 3 cü sinif təsviri incəsənət (2007-ci il)kitabının rəyçisidir. 4.Məmmədova Leyla- Azərbaycan təbiəti elmi metodik jurnalında “Ətraf mühitin qorunması problemləri” kitabının aftoreferatının müəllifidir. 6.Musəvi Günel - İbtidai siniflər üçün “Riyaziyyatdan çətinliyi artırılmış çalışmalar metodiki tövsiyənin müəllifidir.

Müəllimlərimizin peşəkarlığıBakı şəhəri 5 N-li tam orta məktəbin pedoqoji kollektivi öz peşəkarlıq səviyyələrinin artırılması istiqamətində daima çalışır və gənc nəslin təlim və tərbiyəsində yeni innovativ metodlardan istifadəyə geniş yer verir. Məhz bunun nəticəsidir ki, bu müəllimlər içərisində dövlətimiz tərəfindən müxtəlif fəxri adlara layiq görülənlərin sayı heç də az deyil. Onların uğuru bizim nailiyyətimizdir. 1. Gündüzlü Nərminə Mirzə Ağa qızı - ixtisasca ingilis dili müəllimi, direktor. “Qabaqcıl təhsil işçisi” dir. Dövlətimiz tərəfindən bir çox fəxri diplomlara layiq görülmüşdür. 2. Abdullayeva Gülnarə Bəşir qızı – ingilis dili müəllimi, “Qabaqcıl təhsil işçisi” , “ Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” (2009) 3. Mirzəyeva Amaliya Sayad qızı – ingilis dili müəllimi, “Qabaqcıl təhsil işçisi” 4. Xəzri Mirzəyeva Fatma - ibtidai sinif müəllimi, “İlin ən yaxşı müəllimi” ( 2010) 5. Əliyeva Məlahət Zülfi qızı – təsviri incəsənət müəllimi, “İlin ən yaxşı müəllimi” (2011-2012) 6. Musəvi Günel - “İlin ən yaxşı müəllimi” (2009-2010) 7. Nuriyeva İradə Qəyyum qızı – ixtisasca azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru 8. Əsədova Sədaqət Kərim qızı – ixtisasca azərbaycan dili və ədəbiyyatı müəllimi, filiologiya üzrə fəlsəfə doktoru 9.Mirzəyeva Amaliya Sayad qızı-

Beynəlxalq Əməkdaşlıq Əlaqəsi2 may 2012-ci il tarixdə Quzey Kıbrıs Türk Cumhuriyyətinin Doğu Ağdəniz Üniversiteti ilə Bakı şəhəri 5 nömrəli tam orta məktəb arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Eldanə Əliyeva Hüseyn

Nailə Qasımova Cahangir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi