Nailiyyətlərimiz

Afərin, Afər !Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 9 "b" sinif şagirdi Afər Əhmədzadənin Nəsimi rayon məktəbliləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda keçirilən inşa müsabiqəsində fərqlənib. Afərin xüsusi diploma layiq görülməsi məktəbin pedaqoji və şagird kollektivini sevindirir.

Müəllim əməyi diqqətdədirMəktəbin fiziki hazırlıq müəllimi Süleyman Əkbərov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şagirdlərlə idman sahəsində apardığı səmərəli fəaliyyətə görə fəxri diplomla mükafatlandırıldı. Məhz onun və həmçinin, digər həmkar yoldaşlarının məktəbdə idman sahəsində apardıqları səmərəli fəaliyyətin nəticəsidir ki, 5 nömrəli tam orta məktəbin şahmat komandası 2015-2016-cı tədris ilində Bakı şəhər məktəblilərinin XXVIII spatakiyadasında 1-ci yerə layiq görülmüşdür. Məktəbin pedaqoji və şagird kollektivi S.Ələkbərovu təbrik edir və peşə fəaliyyətində daimi uğurlar arzulayır.

İnşa müsabiqəsinin qalibi"Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsində fəal iştirak edən Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əli Ziya Rəhman 21 oktyabr 2016-cı il tarixdə inşa müsabiqəsində fərqləndiyi üçün xüsusi diploma layiq görülüb. Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Natiq Seyfullazadə Hikmət

Mətin Təhməzli Şahbaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi