Kiçik Akademiya

Kiçik Akademiyanın növbəti təqdimatı21 may tarixdə “Kiçik Akademiya” nın humanitar bölməsi  dahi şair, mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığının tədqiqi ilə bağlı “Dəyirmi masa ” keçirildi. Onlayn formada keçirilən bu tədbirdə Kiçik Akademiyanın üzvləri çıxış edərək, rəvan nitqləri, məzmunlu təqdimatları ilə dahi Nizamiyə böyük hörmət və məhəbbətin ifadəsi kimi dəyərləndirdilər.

Ətraflı

“Lütfi Zadə -100” - Kiçik Akademiyanın təqdimatında.Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar  19 may tarixdə  məktəbin “Kiçik Akademiya”sının fizika bölməsinin  təşkilatçılığı ilə “Lütfi Zadə - qeyri səlis məntiq” adlı təqdimat mərasimi keçirildi. Şərəfli bir ömür yolu keçmiş bu dahi alimin intellekttual texnologiyalara güclü təsiri olmuş nəzəriyyələri  haqqında nümayiş olunan təqdimatlar Akademiya üzvlərinin  geniş marağına səbəb oldu. Tədbir zamanı şagirdləri düşündürən suallar ətraflı cavablandırıldı.

Ətraflı

“Məişət zorakılığına son qoyaq!”4 fevral 2021-ci il tarixdə məktəb üzrə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizə”yə dair 2020-2023-cü illər üçün “Milli Fəaliyyət Planı” ilə bağlı (onlayn formada)  “Məişət zorakılığına son qoyaq!” adlı rəsm müsabiqəsi keçirildi. Uşaqlar öz rəsmlərində məişət zorakılğına məruz qalan qadın və uşaqların çəkdiyi əzabları, iztirabları öz fırçaları ilə əks etdirdilər!

Ətraflı

"Mənim ailəmin qəhrəmanı""Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" tədbirlər planına uyğun olaraq Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri "Mənim ailəmin qəhrəmanı" nominasiyası üzrə vətən uğrunda döyüşlərdə iştirak edən yaxınları(qohumları) olan əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolları haqqında video təqdimatlar hazırladılar

Ətraflı

"Bizim prezident - bizim qürur mənbəyimizdir!""Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında"tədbirlər planına uyğun olaraq Bakı şəhəri 5 nömrəli tam orta məktəbin  5- 11 ci sinif şagirdləri arasında "Bizim prezident - bizim qürur mənbəyimizdir!" adlı inşa müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərə müdrik lider, böyük sərkərdə cənab prezident İlham Əliyevi bir daha yaxından tanıtmaq idi. Adları aşağıda qeyd olunan , müsabiqədə fərqlənən şagirdlərə xüsusi təşəkkür edilir. 1 . Əliyev Emil  8 c Fənn müəllimi. Hacıyeva İradə 2. Bayramov Namiq 7 l Fənn müəllimi. Əsədova Sədaqət 3 . Əsədzadə Fatimə 11 a Fənn müəllimi. Abbasova Mətanət 4. Rüstəmova Leyla 9 f Fənn müəllimi . Qurbanova Solmaz 5 . Bayramlı Oktay 7 ç  Fənn müəllimi. Məmmədova Aidə 6 . Ağayev Adıl 6 l Fənn müəllimi. Nuriyeva İradə 7 . Aslanov Sabir 6 ç Fənn müəllimi . Hüseynova İradə  8.Mustafazadə Fəridə 7b Fənn müəllimi.Allahverdiyeva Aişə 9. Gözəlov Munis 5c  Fənn müəllimi. Əlizadə Səmayə

Ətraflı

"Şuşa - Qarabağın döyünən ürəyi""Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" tədbirlər planına uyğun olaraq Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri"Şuşa - Qarabağın döyünən ürəyi"   nominasiyası üzrə qələbə     ruhlu video çarxlar hazırlayıblar. Şagirdlər bir daha əmin oldular ki, "Şuşasiz Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur".

Ətraflı

"Qarabağın flora və faunası rəsmlərdə""Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" tədbirlər planına uyğun olaraq Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri "Qarabağın flora və faunası rəsmlərdə" başlığı altında sizə təqdim etdiyimiz rəsmləri ərsəyə gətiriblər:

Ətraflı

“Qarabağımızın flora və faunası”Azərbaycan xalqının tarixi qələbəsini tədrisdə əks etdirilməsi haqqında tədbirlər planına uygun olaraq 01.12.20-14.12.20-ci il tarixlərində məktəbin fizika,kimya,biologiya,coğrafiya müəllimlərinin tədrisdə birgə iştirakı ilə “Qarabağımızın flora və faunası” başlığı altında onlayn blok dərsləri təşkil olundu. Bu dərslərdə şagirdlər Qarabagımızın flora və faunası ilə bağlı bilgiləri 4 istiqamət üzrə maraqlı dərs formatında əldə etdilər.  

Ətraflı

Əfsanəvi partizan – Əhmədiyyə CəbrayılovBakı şəhəri Təhsil İdarəsinin 07 oktyabr 2020-ci il F-192 nömrəli “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi” haqqında əmrinin icrası məqsədi ilə məktəb 09 dekabr 2020-c il tarixində “Əfsanəvi partizan” adlı tədbir keçirtdi.  Onlayn tədbirdə şagirdlər Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyatı və fəaliyyətindən, döyüş yolundan, həyata keçirdiyi çox saylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətlərindən danışdılar və onun haqqında hazırladıqları təqdimat video materialları tədbir zamanı təqdim etdilər.

Ətraflı

“Dağlar Günü” – Kiçik Elmi Akademiyanın təqdimatındaMəktəbdə fəaliyyət göstərən Kiçik Elmi Akademiya şagirdləri elmi-tədqiqat işlərinə yönəldir və təhsilin layihə istiqamətində fəaliyyətinə şərait yaradır. Hər bir şagirdin marağına uyğun elmi-tədqiqat işini təşkil etmək üçün təbiət, fizika, social-iqtisadi bölmələrdə müəllim və şagirdlər komndalarla işləmək imkanı əldə edirlər. Dekabrın 11-də Kiçik Elmi Akademiyanın ümumdünya “Dağlar günü”ilə bağlı təqdimat gecəsi keçirildi. Şagirdlər təqdimatlarında dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətindən,onların yer kürəsinin 27 faizini təşkil etdiyindən,iqtisadi artımda böyük rola malik olduğundan danışaraq,dünya əhalisinin rifahı üçün təmiz su, enerji, qida mənbəyi olduğunu bir daha qeyd etdilər. Onlar qeyd etdilər ki, iqlim dəyişkənliyi, meşəsizləşdirmə, təbii fəlakətlərdən dağlar da sığortalanmayıblar.

Ətraflı

''Kiçik Akademiya''nın növbəti iclası8 may 2021-ci il tarixdə məktəbin ‘’Kiçik Akademiya’’sının iclası keçirildi. Kiçik Akademiyanın coğrafiya elmləri bölməsinin üzvlərinin  təqdimatı dinlənildi. İclasda Akademiyanın üzvləri ‘’İstixana effekti (yaranmasına təsir göstərən qazlar və onların azaldılması yolları)’’ və ‘’Ozon qazında baş verən dəyişikliklər’’ adlı təqdimatlarla çıxış etdilər. Təqdimatların elmi rəhbəri məktəbin coğrafiya müəllimi Mamedova Nurlana idi.

Ətraflı

''Heydər Əliyev -98'' Kiçik Akademiyanın təqdimatında5 nömrəli tam məktəb üzrə Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş silsiləli tədbirlər həyata keçirilir. Məktəbdə fəaliyyət göstərən ''Kiçik Akademiya‘’ üzvləri ''Heydər Əliyev və Müstəqil Azərbaycan’’ mövzusunda online formatda təqdimatlarla çıxış etdilər. Təqdimatda uşaqlar ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, ən yeni tariximizdə müstəsna yer tutmasından geniş bəhs etdilər.  Onlar  bir daha bildirdilər ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi tanınması üçün Ümummilli lider Heydər Əliyevə minnətdar və borcluyuq.

Ətraflı

20 yanvar faciəsi şagirdlərin yaddaşındaYanvarın 18-də Bakı şəhəri 5№li tam orta məktəbin “Kiçik akademiya” üzvlərinin 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş növbəti təqdimatı həyata keçirildi. Şagirlər faktlara əsaslanan məlumat dolu təqdimatlarını yüksək natiqlik peşəkarlığı ilə tarix müəllimləri, həmçinin təqdimatları yüksək maraqla dinləyən “Məktəbin dostu” xidmətinin asan könüllüləri qarşısında nümayiş etdirdilər. Təqdimatlar vasitəsi ilə şagirdlər bir daha sübut etdilər ki, azadlıq uğrunda qurban gedən şəhidlər və onların fədakarlığı gənc nəsil tərəfindən hər zaman yad edilir və unudulmur.

Ətraflı

“Kiçik akademiyaçılar” II Azərbaycan Elm Festivalının sərgisindəAMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) II Azərbaycan Elm Festivalının 31 oktyabr 2016-cı il tarixdə öz işinə başlaması ilə əlaqədar Bakı şəhəri 5 nömrəli tam orta məktəbin “Kiçik akademiyaçılar”ı festival öncəsi düzənlənən sərginin qonaqları olmuşlar. Onlar sərgidə yer alan maraqlı eksponatlar və bir çox yeni elmi ixtiralarla tanış olmuşlar.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Araz Quluzadə Nazim

Tural Məmmədli Vidadi

HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Araz Quluzadə Nazim

Tural Məmmədli Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi