“Dağlar Günü” – Kiçik Elmi Akademiyanın təqdimatında

Məktəbdə fəaliyyət göstərən Kiçik Elmi Akademiya şagirdləri elmi-tədqiqat işlərinə yönəldir və təhsilin layihə istiqamətində fəaliyyətinə şərait yaradır. Hər bir şagirdin marağına uyğun elmi-tədqiqat işini təşkil etmək üçün təbiət, fizika, social-iqtisadi bölmələrdə müəllim və şagirdlər komndalarla işləmək imkanı əldə edirlər. Dekabrın 11-də Kiçik Elmi Akademiyanın ümumdünya “Dağlar günü”ilə bağlı təqdimat gecəsi keçirildi. Şagirdlər təqdimatlarında dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətindən,onların yer kürəsinin 27 faizini təşkil etdiyindən,iqtisadi artımda böyük rola malik olduğundan danışaraq,dünya əhalisinin rifahı üçün təmiz su, enerji, qida mənbəyi olduğunu bir daha qeyd etdilər. Onlar qeyd etdilər ki, iqlim dəyişkənliyi, meşəsizləşdirmə, təbii fəlakətlərdən dağlar da sığortalanmayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi