Bildiyimiz kimi zərərli vərdişlərlə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifədir. Belə ki, sağlam nəslin formalaşması istiqamətində məktəbdə həyata keçirilən tədbirlər arasında mühüm istiqamət kimi diqqət yetirilən sağlam həyat tərzi və zərərli vərdişlər barədə maarifləndirici işlərin aparılmasıdır.
28 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi R.Bağırovanın rəhbərliyi ilə 8 a sinfində "Zərərli vərdişlərə yox deyək!" mövzusunda dərs keçirildi.
Dərs zamanı R.Bağırova sağlam həyat tərzinin formalaşması, zərərli vərdişlərdən uzaq olmaq və bu vərdişlərin hansı fəsadlar yaratdığı barədə geniş söhbət aparıb, videoçarxlar nümayiş etdirdi.