“Kiçik akademiyaçılar” II Azərbaycan Elm Festivalının sərgisində
AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) II Azərbaycan Elm Festivalının 31 oktyabr 2016-cı il tarixdə öz işinə başlaması ilə əlaqədar Bakı şəhəri 5 nömrəli tam orta məktəbin “Kiçik akademiyaçılar”ı festival öncəsi düzənlənən sərginin qonaqları olmuşlar. Onlar sərgidə yer alan maraqlı eksponatlar və bir çox yeni elmi ixtiralarla tanış olmuşlar.