8 may 2021-ci il tarixdə məktəbin ‘’Kiçik Akademiya’’sının iclası keçirildi. Kiçik Akademiyanın coğrafiya elmləri bölməsinin üzvlərinin təqdimatı dinlənildi. İclasda Akademiyanın üzvləri ‘’İstixana effekti (yaranmasına təsir göstərən qazlar və onların azaldılması yolları)’’ və ‘’Ozon qazında baş verən dəyişikliklər’’ adlı təqdimatlarla çıxış etdilər. Təqdimatların elmi rəhbəri məktəbin coğrafiya müəllimi Mamedova Nurlana idi.