Nailiyyətlərimiz

Daha bir istedad25 oktyabr tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Komissiyasının təşkil etdiyi “Narkomaniyaya yox deyək” mövzusu çərçivəsində Nəsimi rayon məktəbliləri arasında keçirilən rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Sevindirici haldır ki,qaliblər içərisinə məktəbin 9 c sinif şagirdi Quluzadə Aytac II-ci yerə layiq kimi qatıldı.  Bütün qaliblər kimi Quluzadə Aytac da təşkilat komitəsi tərəfindən xüsusi diplomla təltif edildi. Şagirdi qalib olması münasibəti ilə təbrik edir və ona yaradıcılığında uğurlar  arzulayırıq.

Qalibimiz bəlli olduBakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfizadə adına Məktəblərarası III Məntiq Olimpiadası qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi, 31 dekbar- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı keçirilib. İlk olaraq olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Fərqləndirici haldır ki, belə möhtəşəm bir tədbirdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əliyev Əsgər Vüqar oğlu da mükafata layiq görüldü. Şagirdimizi təbrik edir və ona yeni uğurlar arzulayırıq.

Qalib rəssamımızBakı şəhəri 5 nömrəli tam orta məktəbin 8 d sinif şagirdi Bayramova Aylin Azərbaycan İdman Rəqsləri Federasiyasının idman rəqsləri üzrə keçirilən “Let’s dance” turnirində “L-2” qrupunda I yerə layiq görülüb. I yerə layiq görülməsi məktəb kollektivini sevindirir və ona uğurlar arzulayırıq.

HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Əliyev Əli

Mətin Əliyev Nizaməddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi