Nailiyyətlərimiz

16 yaşlı “gənc rəssam”12 noyabr 2018-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi “gənc rəssam” Zəhra Məmmədovanın Rusiya İnformasiya və Mədəniyyət mərkəzində “Palitranın möcüzəsi” adlı fərdi sərgisi keçirildi. Məmmədova Zəhra Tofiq qızı 5 yanvar 2002-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan o yaradıcı bir qız idi.  7 yaşında Zəhra T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayında  Azərbaycan Rəssamlar ittifaqının üzvü Humay Axundovanın rəsm və rəngkarlıq studiyasında məşğul olmağa başlamışdır. Ötən illər ərzində 16 yaşlı gənc rəssamın öz yaradıcılıq yolu formalaşmışdır. Zəhra rəssamlığa vaxtını xoş və maraqlı keçirmək kimi deyil,bütün ömrünün həsr edəcəyi incəsənət sahəsinin qolu kimi baxır. Zəhra bir neçə texnikada işləyir. Onu qrafika üslublu işləri, kətan üzərində yaratdığ rəsmləri skril və yağlı boya ilə yerinə yetirilmişdir. Zəhra bir çox Respublika və Beynəlxalq müsabiqələrin diplomantı və laureatıdır. O milli Bayraq gününə, 1990 cı il 20 yanvar hadisələrinə və Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş Respublika müsabiqələrində I yerə layiq görülmüşdür. Zəhra “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” sərgisində diploma layiq görülmüş,Yunanıstanda keçirilən “Musiqi” adlı sərgidə II yerə, Hollandiya Krallığının kralının doğum gününə həsr olunmuş sərgidə is I yeri tutmuşdur. O, 22-24 sentyabr 2017-ci il tarixində keçirilən “Qız Qalası” Beynəlxalq festivalında, 2018-ci ilin may ayında Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş yaradıcılıq festivalında iştirak etmişdir. Zəhranı birinci fərdi sərgisi münasibəti ilə təbrik edir və ona gələcək yaradıcılığında uğurlar arzulayırıq.

Səninlə fəxr edirik Ayan qızımız2018-ci ilin 19-30 avqust ayında Riqa şəhərində gənclər arasında (14 yaşlı qızlar) keçrilən Beynəlxalq Avropa Çempionatında 5 nömrəli tam orta məktəbin 8 Ç sinif şagirdi Allahverdiyeva Ayan Ayaz qızı I yerə layiq görülmüşdür. Mətəbin şagird, valideyn və müəllim kollektivi onu təbrik edir və yeni – yeni uğurlar arzulayır.

Qalib rəssamımız2016-2107-ci illərdə Sidini Haiti də Akademiya və Uşaq İncəsənət Muzeyində keçirilən müsabiqədə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 10 (C) sinif şagirdi Məmmədova Zəhra Tofiq qızı II yer uğrunda 7-ci Beynəlxalq Bennali Uşaq müsabiqəsində mükəmməl iştirakına görə mükafata layiq görülüb.

HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Azər Əliyev Rasim

Aytən Kərimova Elşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi