Nailiyyətlərimiz

"Öz dünyanı boya" adlı rəsm müsabiqəsinin qalibiMəktəblilər arasında keçirilən rəsm müsabiqəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Abdullayeva Əminə I yerə layiq görülüb. Əminə fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Qalibi təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.

Gənc istedadBakı şəhəri 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Manafov Vüqar Qulam oğlunun 2-12 dekabr 2016-cı il tarixdə Soçi şəhərində keçirilən dünya məktəblilərinin şahmat çempionatında I yerə layiq görülməsi məktəbin pedaqoji və şagird kollektivini ürəkdən sevindirir və kollektiv bu istedadlı şagirdə yeni uğurlar arzulayır.

Rəsm müsabiqəsinin qalibiMultikulturalizm ili çərçivəsində Bakıda “Qardaş türk xalqlarını tanıyaq” devizi altında “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi açılıb. Balaca fırça ustalarının əl işlərinin nümayiş olunduğu sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Fərəhləndirici haldır ki, sərgidə Bakı şəhəri 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Zəhra Məmmədovanın da əsərləri yer alıb. Sərginin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir. Sərginin ekspozisiyasında nümayiş olunan əsərlərin Özbəkistanda müxtəlif rəsm festivallarında iştirakı da nəzərdə tutulur. Maraqla qarşılanan sərginin sonunda qaliblər, o cümlədən Zəhra balamız da diplom və hədiyyələr ilə mükafatlandırılıb.

HAQQIMIZDA

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Döv...

BİZİM FƏXRLƏRİMİZ

Nailə Qasımova Cahangir

Sevda Əlizadə Əli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi