Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsi keçirilib.

Azərbaycanda ilk dəfə Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutu-nun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, STEAM Azerbaijan-ın dəstəyi ilə Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verilmişdir.

İki gün müddətində həyata keçirilmiş təlimlərdə 49 nömrəli “İntellekt” məktəb-liseyin ingilis dili müəllimi Tapdıqlı Vəfa və STEAM dərslərini tədris edən Məmmədova Aytən müəllim iştirak edərək sertifikatlarla təltif olunmuşlar.Müəllimlərimizi təbrik edib, uğurlar arzulayırıq.

Təlimlər zamanı müəllimlərə kosmos təhsilinin yenilikləri, imkanları və təhsil innovasiyaları ilə əlaqədar nümunələr əsasında praktiki sessiyalar təqdim edildi. Təlim proqramında iştirakçılara layihə idarə olunması istiqaməti üzrə metodlar və bir çox rəqəmsal alətlər yer almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi