Şəhid məzunumuz “Şükürlü Nicatın Anım Günü”

Azərbaycan Ordusunun çavuşu Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 12-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub.Ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 11.10.2024-cü il tarixində təhsil aldığı 49 nömrəli “İntellekt” məktəb-liseydə təşkilatçı Əhmədoğlu Sevinc və Azərbaycan dili müəllimi Qasımova Aygünün təşkilatçılığı ilə şəhid məzunumuzun anım günü ilə bağlı tədbir keçirilib. Tədbir şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etmeklə başlayıb. Tədbiri giriş sözü ilə başlayan təşkilatçı Əhmədoğlu Sevinc çıxışında qeyd etdi ki, “Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə əbədi yaşayacaq. Həyatları bahasına bizə qələbə yaşadan, tarix yazan oğullarımızı yad etmək bizim vətəndaşlıq borcumuzdur.”Daha sonra V-VI sinif şagirdlərinin təqdimatında şəhidimizin həyat yolu, qəhrəmanlığı haqqında məlumatlar və təsirli şeirlər dinlənilib. Tədbirin sonunda şəhidlərimizin büstünün qarşısına qərənfillər düzülüb. Ruhun şad olsun, şəhidim.

Nicat Şükürlünün əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq!

Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi