“Gənc hüquq müdafiəçiləri”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Gənc hüquq müdafiəçiləri” müsabiqəsinə start verilib.

Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhvə verilməsi məqsədilə keçirilir.

Şagirdlərdə təməl hüquqi biliklərin formalaşdırılması, eləcə də onların müsabiqəyə hazırlığının təmin olunması məqsədilə peşəkar hüquqşünaslar tərəfindən təlimlərə başlanılıb. Təlimlərdə XI sinif şagirdimiz Hümbətov İlkin iştirak edir. 49 nömrəli “İntellekt” məktəb-liseymizi layiqincə təmsil edəcəyinə inanır və şagirdimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi