"Nicat Şükürlünün Anım Günü"ndə məzarına ziyarət olundu.

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Nicat Şükürlüdür.

Nicat Ayaz oğlu Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 nömrəli"Intellekt" liseyində təhsil alıb.

Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 12-də Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Bu gün Nicat Şükürlünün şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötür. Məktəbimizin adından müəllim və şagird kollektivi borcumuzu yerinə yetirərək şəhid məzunumuzun məzarını ziyarət etdi. Ruhun şad olsun nur üzlü Şəhidimiz! Şəhidlərimiz qəlbimizdə yaşayıb, yaşayır və yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi