”Xocalı faciəsi qan yaddaşımızdadır”mövzusunda rəsm müsabiqəsiMəktəbimizin 8 “C” sinif şagirdi Salayeva Nərminə Bakı Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Bakı şəhəri məktəbliləri arasında “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda keçirilmiş Rəsm müsabiqəsində iştirakına görə Şəhadətnamə ilə təltif olunub.
SertifikatMəktəbimizin 1 “Ç” sinif şagirdi Zöhrabov Ayxan Bakı şəhərində təşkil olunmuş kəmər imtahanında Karate idman növünün incəliklərini və xüsusiyyətlərini bildiyini subut etmişdir. Bununla əlaqədar olaraq WKC üzrə Azərbaycan Karate Federasiyası tərəfindən VII KYU(Sarı kəmər) dərəcəsinə layiq görülmüş və Sertifikatla təltif olunmuş.
Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
Üzgüçülük üzrə nailiyyətlərimizMəktəbimizin 9 “C” sinif şagirdi Vəlizadə Ramil Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirildiyi Üzgüçülük üzrə Ölkə Qış Açıq Çempionatında: 400m sərbəst üsul-I yerə; 1500m sərbəst üsul-II yerə; 100m sərbəs üsul-III yerə; 100 m batt-II yerə; 200m batt-II yerlərə layiq görülüb və Diplomlarla təltif olunub. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!