Rəsm sərgisiMəktəbimizin 6 “C” sinif şagirdi Anastasiya Bekeşa “Cubic School of Fine Arts”ın həvəskar rəssamlarının “Art-İ-Şok” sərgisində iştirak edib və Sertifikatla təltif olunub. Gənc rəssamımıza gələcək işlərində nailiyyətlər arzulayırıq!
“Müharibəsiz xoşbəxt uşaq dünyası”Noyabrın 19-da ABŞ təhsilli Məzunları İctimai Birliyinin nəznində fəaliyyət göstərən İngilis dilində həvəskarlar klubun uşaq hüquqlarına həsr edilmiş “Müharibəsiz xoşbəxt uşaq dünyası” adlı tədbir keçirildi. Tədbirdə 30 uşaq iştirak edirdi. Onlardan 6 uşaq I yerə layiq görüldü. I yer tutanlardan biridə bizim məktəbin 7 “A” sinif şagirdi Amin Hümbətov oldu.Tədbirdə fəal iştirakına görə Sertifikatla təltif olunub.
Basketbol yarışıNoyabrın 2-də Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblər arasında respublika çempionatının rayon mərhələsində Basketbol idman növü üzrə yarış keçirilib və məktəbimiz III yeri tutduğuna görə Diplomla təltif olunub. Təbrik edirik!Uğurlazımız bol olsun!