Şahmat turniriMəktəbimizin məktəbəqədərhazırlıq sinif şagirdi Əsədli Yaqub Vüqar Həşimov Şahmat Akademiyası tərəfindən keçirilən Milli dirçəliş gününə həsr olunmuş təsnifat turniri-IV dərəcə üzrə şahmat turnirində I yerə “Yurdumuza yaz gəlir” təsnifat turnirində III yerə layiq görülmüş. Diplomla və Medalla təltif olunmuşdu. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
"Savate" idman növüMəktəbimizin 6 “Ç” sinif şagirdi Məmmədov Tahir Gürcüstanın Tbilisi şəhərində keçirilən Beynəlxalq Fransız Boks “Savate” yarışında, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun “BOKS” üzrə yeniyetmə və gənclər arasında keçirilən açıq birinciliyinin 43-50 kq çəki dərəcəsində, Bakı şəhərində keçirilən “Musado” idman klubunun açıq birinciliyinin 50 kq çəki dərəcəsində, Azərbaycan Kikboksinq federasiyası ZZ Fight Club-nun açıq birinciliyində iştirak etmiş. I yerlərə layiq görülmüş. Diplomlarla Medallarla təltif olunmuş. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
Karate Do idman növüMəktəbimizin 5 “C” sinif şagirdi Nəzərov Vahid Azərbaycan Shitoryu Karate Do Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində təşkil olunmuş 23-cü Respublika Çempionatında I yerə layiq görülmüş və Sertifikatla, Medalla təltif olunmuş. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!