Ramilin növbəti uğuruİyunun 14-də Avropanın Slovakia Respublikasında Slovak Üzmə Federasiyası KPŠ Nereus Žilinanın təşkilatçılığı ilə üzgüçülüg üzrə “Slovak Open Çempionatı” keçirildi. Bu çempionatda Avstriya, Azərbaycan, Çexiya, Macarıstan, Amerika Birləşmiş Ştatları Slovakiyadan olan 238 üzgüçü öz ölkələrini təmsil etdi.
Ölkəmizin idman şərəfini bu dəfə də ləyaqətlə təmsil edən, üçrəngli bayrağımızı ucaldan məktəbimizin 10 “C” sinif şagirdi Ramil Vəlizadə bu çempionatda iştirak etmiş və I yerə layiq görülmüşdür. Bu qələbə müsabətilə Ramili təbrik edir, adını olimpiya çempionları sırasında görmək arzusu ilə bol-bol qələbələr arzulayırıq! Səninlə qürur duyuruq, Ramil!
İncəsənət OlimpiadasıMəktəbin 4 “B” sinif şagirdi Zeynəb Nəbiyeva Bakıda Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə “İncəsənət Olimpiadası” nda iştirak etmiş.Zirvə ansamblı “Lalələr” rəqsi II yer, “Mənim Azərbaycan” adlı rəqsdən I yerlərə layiq görülmüş. Diplom və medalla təltif olunmuş.
Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
Karate döyüş növü üzrə nailiyyətlərimizMəktəbimizin 3 “Ç” sinif şagirdi Balayev Əli Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ashihara Kaykan Karate Federasiyası il birgə keçirdiyi Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş Ashihara Kaykan Karate döyüş növü üzrə Respublika çempionatın II yerə layiq görülmüş və Diplomla, Medalla təltif olunmuş. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!