Nailiyyətlərimiz

Məktəblər arasında respublika çempionatıOktyabrın 23-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsi keçirilib. Nəsimi rayon üzrə məktəblilər arası “STRİLBOL” 3x3 basketbol yarışında məktəbimiz II yer tutduğuna görə diplomla təltif olunub. “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi olub.

TəşəkkürnaməMəktəbimizin 3 “D” sinif şagirdi Ayxan Zöhrabzadə Cəbrayıl rayon Cocuq Mərcanlı kənd N.Aslanov adına tam orta məktəbin ATV kanalı ilə birgə təşkil etdiyi “Bilik günü” tədbirində uğurlu çıxışına görə Təşəkkürnamə ilə təltif olunmuş. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!

Cüdo üzrə yarışMəktəbimizin 4 “C” sinif şagirdi Kənan Bahadurov 18 Oktyabr-Müstəqillik gününə həsr olunmuş Cüdo güləşi üzrə Yasamal idman klubunun açıq birinciliyində 32 kq çəki dərəcəsində II yerə layiq görülmüş. Diplomla və Medalla təltif olunmuş. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!

HAQQIMIZDA

      Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib. Məktəbdə 72 sinif otağı, i...

BİZİM FƏXRLƏRİMİZ

Quliyev Elmir Elçin

Müslüm Aşumov Anar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi