Üzgüçülük üzrə nailiyyətlərimizMəktəbimizin 2 “Ç” sinif şagirdi Hüseynov Oqtay Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirdiyi “Şən Delfin” çempionatının üzgüçülük yarışında oğlanlar arası 50 metr “Sərbəst stil üzmə” üsulu üzrə I yer tutduğuna görə Diplom və Medalla təltif olunub.
Musiqidə nailiyyətlərimizMəktəbimizin 2 “C” sinif şagirdi Babayeva Fidan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən Beynəlxalq Muğam Mərkəzində keçirilən Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş tədbirdə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 1-ci sinif şagirdi yüksək səviyyəli çıxışa görə Fəxri Fərmanla təltif olunub.
Xanalı dama üzrə nailiyyətlərMəktəbimizin 3 “C” sinif şagirdləri Vəlizadə Naida və Vəlizadə Naibə Ümidlər-qızlar arasında 100 xanalı dama üzrə Azərbaycan birinciliyində II və III yerlər tutduğları görə Diplom,Medal və Kubokla təltif olunublar. Şagirdlərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq