Məktəbimizin yeni uğuruAzərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.Azərbaycanın təhsil inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunan şəxslər arasında Nəsimi rayonu, Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin fizika müəllimi Ələkbərli İncinaz Rauf qızı da var.
Enjoy English Club və Fun English Club konfransıAğabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Xəlilova Şahnigar və Əliyeva Dilbər Azərbaycan Amerika mərkəzində keçirilən Enjoy English Club -in 12-ci və Fun English Club -in 1-ci konfransında " Sağlam həyat tərzi (Health Lifestyle)" mövzusunda çıxış edib mərkəzin sertifikatlarına və hədiyyələrinə layiq görülmüşlər.
"Ən yaxşı münsif"Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin idman müəllimi Soljenitsina Anastasiya IV İslam Həmrəylik Oyunlarında “Basketbol” üzrə münsiflər heyətinin üzvü kimi fəal və obyektiv iştirakına görə “Ən yaxşı münsif” nominasiyasında gümüş medalla təltif edildi.