DiplomNəsimi Rayon məktəbliləri arasında keçirilən 28-ci spartakiadanın proqrama daxil olan Basketbol "Oğlanlar" növü üzrə yarışda Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin şagirdləri Hacıyev Elmir, Şamurin Nikita, Osmolskiy Danial, Məhərrəm Şakir, Məhərrəm Şirin 1-ci yeri tutduqlarına görə medal və diplomlarla təltif olunmuşlar.
"Fərqli Sən" istedad yarışıAzərbaycan Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə keçirilən "Fərqli Sən" istedad yarışında iştirakına görə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 6ç sinfi I yerə layiq görüldü.
"Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda keçirilən inşa yazı müsabiqəsiÜmummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı şəhərində yerləşən orta ümümtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda keçirilən inşa yazı müsabiqəsində fərqləndiyinə görə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rzazadə Fəridə diplomla təltif olundu.