Yeni tədris ili, yeni həyəcanlar, yeni kəşflər...

 76 şagirdin ilk qədəmlərini qoyduğu və ümumi 1224 şagirdin həyəcanla gözlədiyi gün gəldi və 2024-2025-ci tədris ili başlandı.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra məktəbin həyətində keçirilən tədbirin bədii hissəsi başlandı.

 Tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva tədbiri açıq elan etdikdən sonra sözü məktəbin direktoru Sevinc Budaqovaya verdi. İlk tədris ilinin başlanması ilə əlaqədar şagirdləri, pedoqoji heyəti və valideynləri təbrik edən Sevin Budaqova, həmçinin məktəbin keçən tədris ilindəki uğurlarından, ilk dərsin "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda həsr olunmasından bəhs etdi. Ardınca sözü məktəbə qonaq qismində təşrif buyuran Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Uşaq qaynar Xəttinin rəhbəri, Ümidli Gələcək Sosial Təşəbbüslər ictimai birliyinin direktoru Kəmalə Aşumovaya və Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Zəminə Əsədovaya verdi. Onlar da öz növbələrində çıxış edərək şagirdlərə uğurlar və nailiyyətlər arzuladılar.

 Tədbirin davamında birincilər şeirlər oxudu, mahnılar səsləndirdilər. 8-ci və 6-ci sinif şagirdləri isə mahnıları ilə birinciləri təbrik etdilər.

Tədbir yekunlaşdıqdan sonra həyəcanlı birincilər öz siniflərinə gedərək ilk dəfə parta arxasına əyləşdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi