Məzunlara attestallar təqdim edildi

 İyulun 5-də məktəbin konfrans zalında XI sinfi bitirən məzunlara yeni attestatlar verildi. Attestatların təqdim edilməsi tədbirində məktəb rəhbərliyi, sinif rəhbərləri, valideynlər və şagirdlər iştirak etdilər.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
 Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Attestat alan hər bir şagirdimizi təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi