"Milyonçu" intellektual yarışı keçirildi

Xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib. Tədbir məktəbin Kimya müəllimi Adilə Mirişlinin təşkilatçılığı ilə 8 "B" sinif şagirdləri ilə baş tutub. Tədbirdə məktəbin direktoru Tahirə Şükürova rəhbər işçiləri, müəllimlər şagirdlər və valideynlər iştirak edib. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Dəyərlərimizi qoruyaq" adlı layihəsi çərçivəsində "İntellektual müsabiqə, yarış və sosial aksiyaların təşkili" bəndinə uyğun olaraq şagirdlərlə "Milyonçu" intellektual yarışı keçirildi. Yarışın mərhələlərində intellektual, dəyərlərimizi təbliğ edən suallardan istifadə olunmuşdu. Şagirdlərin böyük marağına səbəb olan bu yarış sayəsində yaradıcı düşüncə meyilləri güclənir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi