ERKƏN NİGAHA YOX DEYƏK!

Azərbaycan Respublikasının qanunvericiliyinə görə erkən nigah-18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. Azərbaycanda hər il təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə informasiyalara rast gəlirik. Bu yaşda olan uşaqlar isə hələ ailə məfhumunun mahiyyətini anlamır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nihaga daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadın üçün nigah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin "Uşaq Hüquqları Konvensiyası" na da uyğundur. Hal-hazırda respublikamızda erkən nigaha daxil olma aktual problemlərdən biri sayılır. Buna uyğun olaraq bu gün məktəbimizin coğrafiya müəllimi Mehparə Əkbərova 9 "B" sinfində "Erkən nigaha yox deyək!" başlığı altında "Dəyirmi masa" keçirdi. Daha sonra şagirdlərin sualları cavablandırıldı. Onları maraqlandıran, düşündürən mövzular müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi