"Qızıl saçlı yaşıl planet" adlı tədbir keçrildi

17.04.2024 tarixində R. Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb və RUGİM-in birgə əməkdaşlığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Qızıl saçlı yaşıl planet" adlı tədbir keçrildi. Keçirilən tədbirdə RUGİM-in əməkdaşları, valideynlər və məktəbin müəllimləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət himni ilə vüsət alan tədbirdə vətənimizi tərənnüm edən videoçarx və slayd təqdim olundu. "Dram və bədii qiraət" dərnəyinin təqdimatında "Ağacların söhbəti", "Meşənin sakinləri", "Quşlar" şeiri və "Yaşıl dünya naminə həmrək olaq" adlı səhəncik təqdim olundu. Tədbirdə "Azərbaycanım" mahnısı və "Sarı gəlin" rəqsi də nümayiş edildi. Tədbirin sonunda məktəbin direktor müavini Könül Rəhimova qonaqlar çıxış etdilər. Şagirdlər tədbirdə göstərdiyi fəallığa görə "Diplom"la təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi