Dünyanın ən böyük robot festivalı olan “Robotex Türkiyə” də qalib olduq!

Məktəbimizin Rəqəmsal bacarıqlar müəllimi Mahnur Qəhrəmanova və Sydney TEAM komandasının üzvləri -Yaqub Yaqublu, Peyman Aliyev, Maksud Şabanov, İsa Şabanov və Məhəmməd Nəcəfov 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıblar. Sydney TEAM komandası III yerə layiq görülüb. Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar. Bu böyük qələbə münasibətilə Mahnur müəlliməni və şagirdlərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi