"Milli-mənəvi dəyərlərimiz" adlı tədbir keçirildi

Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir. Məktəbimizin 8 "A" sinfində "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərimiz" adlı tədbir keçirildi. Tədbirdə şagirdlərimiz Novruz adət-ənənələrini, Novruz deyimlərini, mətbəx mədəniyyətimizi milli musiqimizi özündə əks etdirən materiallar və fotolar nümayiş etdirmişdilər. Şagirdlərin təqdimatında laylalar, bayatılar, şeirlər söylənilib, mahnılar oxunub, rəqslər ifa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi