"Yel çərşənbəsi" nə həsr olunmuş dəyirmi masa təşkil edildi

Məktəbin İllik Fəaliyyət Planına əsasən "Dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində tədbirlərimiz davam edir.

Layihə çərçivəsində tədbirlər, “Nümunəvi dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Cəfərova 6 "A" sinif şagirdlərinin iştiraki ilə layihə çərçivəsində "Yel çərşənbəsi" nə həsr olunmuş dəyirmi masa təşkil etdi. Dəyirmi masada məktəbimizin direktoru Tahirə Şükürova, direktor müavinləri Təranə Süleymanova, Könül Rəhimova və sinif rəhbəri Nuranə Tanrıverdiyeva iştirak etdi. Dilarə müəllimə şagirdləri Novruz adət-ənənələri haqqında məlumatlandırdıqdan sonra, şagirdlər əyani olaraq yumurta boyayaraq, Novruz xonçaları qurmuş, kosa və keçəlin iştirakı ilə şeirlər, Novruz nəğmələri səsləndirdilər. Layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi