Bədii əsər müzakirəsi
Məktəbin Fəaliyyət planının 3.12-ci maddəsinə əsasən mütaliə , yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu "Mütaliə aylığı" çərçivəsində 6b sinif şagirdləri S.S.Axundovun "Qaraca qız" əsərini müzakirə etdilər. Bir-birindən fərqli təqdimatlar edən şagirdlər ədibin həyat və yaradıcılığından ümumi bəhs etdikdən sonra "Qaraca qız" əsərini təhlil etdilər. Sonda isə əsərin bir hissəsini səhnələşdirərkən Qaraca qız ilə Ağca xanımın rəqsi nümayiş olundu.