"Valideynin məktəbdə bir günü" layihəsi

Müasir məktəb şəxsiyyətin formal təhsil alması üçün deyil, həm də hərtərəfli inkişaf etməsi üçün yaradılmış mühitdir. Valideynlər övladlarının təhsilində öz rollarını dərk edib-etməməsindən asılı olmayaraq mühüm rol oynayırlar. Valideynlərin əksəriyyəti övladlarının təlim, təhsil və inkişafında yardımçı olmaq istəsə də , bunu necə etməli olduqlarını bilmirlər. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə və məktəbin fəaliyyət planının 5.1 bəndinə uyğun olaraq şəhərin bütün məktəblərində “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilir. Belə ki, 26.11.2019-cu il tarixində Bakı şəhəri Novruzov qardaşları adına 36 №-li tam orta məktəbdə belə bir görüş təşkil edildi. Rəsmi açılışdan sonra valideynlər məktəbin iş rejimi və infrastrukturu ilə tanış edildi. Daha sonra onlar dərslərdə iştirak edərək dərsin gedişatını yaxından müşahidə etdilər. Novbəti mərhələdə akt zalında Bakı Şəhəri üzrə Təhsil idarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədova valideynlərlə maarifləndirici xarakterli söhbətlər apardı, Nərimanov rayonu Məşğulluq İdarəsinin nümayəndəsi ölkə rəhbərinin "Özməşğulluq" layihəsi barədə valideynlərə ətraflı məlumatlar verdi. Sonda valideynlərin təklif və rəyləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi