eTwining

İnsan qəlbinin dərin qatları düşüncə ilə yox , sevgi ilə işıqlanır. 36 nömrəli məktəbin şagirdləri və Xətayi rayonu 55 nömrəli məktəbin eşitmə məhdudiyyətli şagirdləri eTwining üzrə "Əngəlsiz hədəflər" layihəsinin rəhbəri Bağıyeva Aytənin təşəbbüsü ilə Birgə və Sağlam İctimai Birliyinin yaratdığı "Kaşalata" kafe-atelyedə oldular. Yeniyetmə autizm sindromlu uşaqlar fəaliyyət cədvəllərinin dəstəyi və mütəxəssislərin köməyi ilə peşə təlimi görürlər. Şagirdlərimiz də bu kafedə həmin dostlarıyla görüşdülər. Onlarla birlikdə müxtəlif şirniyyatlar hazırlayaraq çay süfrəsi arxasında maraqlı hekayələr oxuyub müzakirələr apardılar. Daha Sonra mütəxəssislərin köməyi ilə şagirdlər robototexnika dərsində iştirak etdilər, komandalara ayrılaraq verilən tapşırığın öhdəsindən məharətlə gəldilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi